Premyer Liqanın 19-cu turunda keçirilən “Şamaxı” – “Qarabağ” matçında Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski zədələnib. Qarlı hava şəraiti və meydançanın sürüşkən olması polşalı qolkiperin xəsarət almasına səbəb olub.
Fevralın 18-də Bakıda “Nyukasl”a qarşı keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi futbolçunun meydana çıxıb-çıxmayacağı hələlik dəqiqləşməyib. “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, Koxalski hazırda həkim nəzarətindədir: “Tibbi heyət futbolçunun sağlamlığının tam bərpa olunması üçün zəruri prosedurları yerinə yetirir. Həkimlər onun fevralın 18-də Bakıda keçiriləcək mühüm qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsi üçün bütün imkanlarını səfərbər ediblər”.