Salahın varisi tapıldı

23.02.26 | 14:50
Dünya futbolu

“Nyukasl”ın və İngiltərə millisinin parlayan ulduzu Entoni Qordon Avropanın transfer bazarında əsas hədəfə çevrilib. Bakıda “Qarabağ”ın qapısına 4 qol vuran 24 yaşlı hücumçu indi nəhənglərin mübarizə meydanındadır.

TEAMtalk-un yaydığı son məlumata görə, “Liverpul” rəhbərliyi Qordonu komandanın simvolu Məhəmməd Salahın potensial əvəzləyicisi kimi görür. Mersisayd təmsilçisi artıq transferin hüquqi və maliyyə tərəflərini dərindən araşdırmağa başlayıb. Lakin bu yarışda “qırmızılar” tək deyil. Premyer Liqanın digər nəhəngləri — “Arsenal”, “Mançester Siti” və “Mançester Yunayted” də gənc istedadın hər addımını yaxından izləyir.

Qordonun bu mövsümkü performansı rəqəmlərlə də öz təsdiqini tapır. Çempionlar Liqasında 10 qol vuran Qordon turnirin bombardirlik yarışında yalnız Kilian Mbappedən geri qalır. Cari mövsümdə bütün turnirlərdə 37 oyuna çıxan forvard 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sağsağanlar” öz liderlərini asanlıqla buraxmaq niyyətində deyillər. Klub rəhbərliyi hazırda rəsmi satış planının olmadığını bildirsə də, qapıları tam bağlamayıb. Transfermarkt portalı oyunçunun bazar dəyərini 60 milyon avro olaraq göstərir. Lakin ekspertlərin fikrincə, artan tələbat və oyunçunun fantastik forması fonunda real transfer məbləği bu rəqəmdən qat-qat yüksək — “astronomik” həddə olacaq.

Hazırda futbol dünyasının diqqəti Entoni Qordonun üzərindədir: o, Salahın yerini tutmaq üçün “Enfild”ə yollanacaq, yoxsa “Nyukasl”ın yeni epoxasının simvolu olmağa davam edəcək?

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21