Məhəmməd Salahın gələcəyi ilə bağlı mühüm bir hadisə baş verib. Britaniya mətbuatı misirli forvardın keçə biləcəyi komandaların adlarını açıqlayıb. Bu komandalar arasında “Qalatasaray” da var. İngiltərə mediası Salahın ““Liverpul”dan ayrılacağı təqdirdə Avropada qalmaq üçün üç variantının olduğunu yazır. Hazırda hücumçu ilə “Qalatasaray”, PSJ və “Napoli”nin maraqlandığı söylənilir. ABŞ və Səudiyyə Ərəbistanından olan komandalar da variantlar kimi nəzərdən keçirilir.
Bu arada, “sarı-qırmızılar” artıq Salahla bağlı hərəkətə keçib. “Cim Bom” misirli futbolçunun dəyərini araşdırıb. Araşdırmanın nəticəsində müəyyən edilib ki, Salahın əməkhaqqının əhəmiyyətli bir hissəsi sponsorlar tərəfindən qarşılana bilər və bu istiqamətdə yanvar ayında İngiltərə klubuna müraciət edilməsi planlaşdırılır. 2017-ci ildə “Roma”dan 42 milyon avro qarşılığında “Liverpul”a transfer olan Mo klubun tarixinə düşən möhtəşəm bir oyun nümayiş etdirib. Qırmızı formada keçirdiyi 420 matçda 250 qol vurub və 116 asist edib. Klubla iki Premyer Liqa çempionluğunda və iki Çempionlar Liqası qələbəsində əsas fiqurlardan biri olub.