Batumidə şahmat üzrə komandalararası Avropa çempionatı davam ediur. II turda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlıdan ibarət Azərbaycan yığması Çexiya ilə heç-heçə edib – 2:2. Bu qarşılaşmalarda Məmmədyarov qələbə qazanıb, Rauf Məmmədov məğlub olub, Süleymanlı və Muradlı isə sülhə razılaşıblar.
Qadınlardan ibarət yığmamız isə kişilərlə müqayisədə daha uğurlu çıxış edib. Onlar Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qələbə qazandığı halda Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.