Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Yığmamız sonunucu turda Serbiya ilə qarşılaşıb. Şahmatçılarmız 1:3 hesabıyla uduzaraq dördüncü dəfə qitə çempionu olmaq şansını əldən verib. 9-cu turda Eltac Səfərli qələbə qazanıb, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı isə uduzub. 13 xal toplayan millimiz turniri 2-ci yerdə başa vurub. Qitə çempionatında son turda komandamızı qabaqlayan Ukrayna yığması qalib olub.
Qadın şahmatçılarmız son turda Polşa yığması ilə qarşılaşıb və 1,5:2,5 hesabıyla məğlub olub. Xanım Balacayeva, Ayan Allahverdiyeva və Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə rəqibinə uduzub. Qadınlardan ibarət komandamız turniri 10 xalla 10-cu yerdə başa vurub.