Oyun meydan sahiblərinin üstünlüyü ilə başlasa da, ilk yarıda tovuzlular qapılarını qoruya nildi. Lakin ikinci hissənin əvvəlində Urtadonun kobud səhvi qolla nəticələndi. Topu müdafiəçidən alan “Sabah” oyunçuları Simiçi təkbətək çıxardı və o da rahatca hesabı açdı. Qonaqlar məğlubiyyətdən qaçmaq üçün təzyiq yarada bilmədilər. “Sabah” isə nöyük güc sərf etmədən hesabı qorudu və son dəqiqələrdə hesabı artıra da bilərdi. “Turan”ın qapıçısı rəqib zərbəni dəf etdi. Lakin son uzatma dəqiqəsində tovuzlular cərimə meydanında qaydanı pozdu. Safranko penaltini dəqiq yerinə yetirdi.
Premyer Liqa, 5-ci tur
“Sabah” – “Turan Tovuz” 2:0
“Sabah”: Stas Pokatilov, Rəhman Daşdəmirov, Xəyal Əliyev, Pavol Safranko, Velko Simiç, Akim Sedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepinitsa, Kahim Parris, Umarali Raxmonaliyev.
“Turan Tovuz”: Oleq Baklov, Filip Ozobiç, Şəhriyar Əliyev, Faiq Hacıyev, Enrike Silva, Alexandro Serrano, Joarlem Santos, Emmanuel Hakman, Hayderson Urtado, Roberto Olabe, Aleks Souza.
Qol: Simiç, 56. Safranko, 90+7.