Demək olar bərabər keçən oyunda meydan sahibləri ələ düşən azsaylı fürsətdən istifadə edərək hesabı açdı. Bu epizodda Simiç yaxşı oynadı, ustalıqla rəqibi keçərək Mikelsə məhsuldar ötürmə verdi. Lakin az sonra Masazır stadionu qaranlığa qaranlığa qərq oldu. Stadionun işıq təminatı sıradan çıxdı və oyun dayandırıldı. 28-ci dəqiqədə sönən işıqlar yalnız 44-cü dəqiqədə azarkeşlərin “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarından sonra bərpa oldu və paltardəyişmə otağına sığınan futbolçular yenidən meydana qayıtdı. Məcburi istirahər “Sumqayıt”ın işinə yaradı. Əks-hücum zamanı Solvet başla yanlış müdaxilə edərək topu Rüstəm Əhmədzadənin önünə atdı. Sonuncu da ustalıqla topu uzaq küncə yolladı.
İkinci hissədə “Sabah” daha fəal oynadı və hətta qol da vurdu. Lakin Əliyer Ağayev qolu qeydə almadı. Onun fikrincə Rəhman Daşdəmirov ötürmə edərkən qaydanı pozmuşdu. Əslində kobud oyun vardı, amma Rəhman pas verdikdən sonra rəqibin ayağını tapdalamışdı, onun qayda pozuntusu qol epizoduna təsir etmirdi. Lakin, Ağayev bu fikirdə deyildi və qərarı yəqin ki, mübahisələrə yol açacaq. Amma hakimin qərarı Mikelsi ruhdan salmadı və o, ikinci uzatma dəqiqəsində komandasını hesabda irəli çıxardı. Yaxşı oyun keçirən Mehdi Cənnətov bu dəfə ona mane ola bilmədi. Mikels Solvetin uzun ğtürməsini qəbul edəərk iki müdafiəçi ilə mübarizədə zərbə vurmağa imkan tapdı. Amma bu dəfə də hakim əllə oyuna görə VAR-a baxaraq qolu ləğv etdi.
Premyer-Liqa, 6-cı tur
“Sabah” – “Sumqayıt”1:1
Hakim: Əliyar Ağayev
“Sabah”: Stas Pokatilov, Rəhman Daşdəmirov, Coy Lens Mikels, Pavol Safranko, Velko Simiç , Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepinitsa, Kahim Parris, Umarali Raxmonaliyev.
“Sumqayıt”: Mehdi Cənnətov, Höccət Haqverdi, Rüstəm Əhmədzadə, Səbuhi Abdullazadə, Roi Kehat, Aleksandr Ramalinqom, Nikola Ninkoviç, Rayan Senhadji, Keffel Resende, Aleksa Yankoviç, Abdul Raşid Mumini.
Qollar: Mikels, 26 (1:0). R. Əhmədzadə, 35 (1:1).