Sabah” və Çexiyanın “Slaviya” (Praqa) klubunun baş məşqçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək oyun öncəsi mətbuat konfranslarının vaxtı açıqlanıb.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oktyabrın 12-də saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq. Bundan 30 dəqiqə sonra təmsilçimizin son məşqi başlayacaq.
Qonaq komandanın baş məşqçisi Yindrjix Trpişovski isə həmin gün saat 19:15-də mətbuat konfransı keçirəcək. “Slaviya”nın son məşqi saat 20:00-da başlayacaq.
Hər iki komandanın məşqi ilk 15 dəqiqə ərzində media nümayəndələri üçün açıq olacaq. Bütün tədbirlər Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
