“Sabah” basketbol klubu yeni mövsüm hazırlıqları çərçivəsində daha bir transferini rəsmiləşdirib.
Klubdan verilən rəsmi məlumata görə, “bayquşlar” amerikalı forvard Nik Perkinsi rənglərinə bağlayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Çox yönlü oyun tərzi ilə diqqət çəkən Perkins, əsas mövqeyi ilə yanaşı, mərkəz oyunçusu kimi də uğurla çıxış edə bilir.
Yeni transferin kifayət qədər zəngin beynəlxalq təcrübəsi var. Belə ki, amerikalı basketbolçu karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya və Puerto-Riko çempionatlarında forma geyinib.