İlk turdan təxirə salınmış oyunda “Qarabağ”ı yenərək liderliyə yüksələn “Sabah” yeni ilə zirvədə qədəm qoymaq üçün qələbə qazanmalı idi. Oyunun ilk yarısı qoanqların istədiyi kimi keçdi. Sumqayıtlılar heç cür mütəşəkkil və kəsərli hücum qura bilmədilər. Maszırlılar isə əllərinə düşən fürsətdən ustalıqla istifadə etdi. “Qarabağ”la oyuna məhsuldar ötürmə ilə qələbədə önəmli rol oynayan Simiç bu dəfə təkbətək zamanı aşırma zərbə ilə baxımlı qol vurdu.
İkinci hissənin əvvəlində Simiç qonaqların üstünlüyünü artırdı. Bu dəfə də qapıçı ilə üz-üzə qalan Simiç soyuqqanlıqla topu uzaq küncə göndərdi. Bundan sonra da oyun “Sabah”ın üstünlüyü ilə keçdi və qonaqlar hətta üçüncü qolu da vurdu. Kahim Parris cərimə meydanı ərəfəsində topu qəbul edib qapıçı ilə üz-üzə qaldı. Ona mane olmaq istəyən “Sumqayıt”ın müdafiəçisi sürüşərək topu öz qapısına göndərdi. Az sonra meydan sahibləri qollardan birinin əvəzini çıxdı. Stas Pokatilov Aleksa Yankoviçin zərbəsini qaytardı və hətta Ronaldo Vaskesin təkrar zərbəsinə də çatdı. Lakin qayıdan topu bir daha Ronaldo başla tora göndərməklə bu soyadı əbəs yerə daşımadığını göstərdi. “Sumqayıt”ın bir qədər fəallaşması oyuna maraq qatdı və qarşılıqlı hücumlar zamanı hər iki komandanın imkanı oldu. Amma hesab dəyişmədi.
Bununla da daha bir qələbə ilə “Sabah” ili lider kimi başa vuraraq azarkeşlərə maraqlı ikinci futbol ili vəd etdi.
Premyer Liqa, 16-cı tur.
“Sumqayıt” – “Sabah” 1:3
Qol: Ronaldo Vaskes, 66 – Velko Simiç, 26; 50. Keffel Resende, 60-avtoqol.
