Bu axşam Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək dörd qarşılaşma azarkeşlərə böyük futbol gərginliyi vəd edir. Proqramda həm taktiki döyüşlər, həm də köhnə qitənin aparıcı liqalarının təmsilçilərinin dueli yer alıb.
Günün ilk matçında “Rayo Valekano” Yunanıstanın iddialı klubu AEK-i qəbul edəcək. La Liqa təmsilçisi doğma meydan amilindən maksimum istifadə edib, cavab oyunu öncəsi rahat nəticə qazanmaq niyyətindədir. Lakin yunanların inadkar müdafiəsi və sürətli əks-hücumları madridlilər üçün ciddi sınaq olacaq.
Gecənin ən çox maraq doğuran qarşılaşması Londonda baş tutacaqİngiltərə Premyer Liqasının yüksək fiziki hazırlığa söykənən futbolu ilə A seriyasının taktiki zəkası duelə çıxır.“Kristal Pelas” azarkeşlərinin dəstəyi ilə “Fiorentina” səddini keçməyə çalışacaq. Ötən mövsümlərdə bu turnirdə uğurlu çıxışları ilə seçilən “bənövşəyilər” üçün London səfəri heç də asan keçməyəcək.
Almaniya və Fransa klublarının qarşıdurması hər zaman öz prinsipiallığı ilə seçilir. “Maynts” evində “Strasburq”u sınağa çəkəcək. Hər iki komandanın oyun üslubu pressinq və yüksək tempə əsaslandığı üçün, bu matçın turnirin ən dinamik oyunlarından biri olacağı gözlənilir.
Günün ən maraqlı və strateji əhəmiyyətli oyunlarından biri isə Ukrayna təmsilçisi ilə Niderland klubu arasında baş tutacaq. Hazırda Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” ciddi sınaq qarşısındadır. Niderland futbolunun məhsuldar və hücumameyilli komandalarından olan “Alkmaar” intizamlı oyun nümayiş etdirir. Arda Turanın rəqibə qarşı hansı taktiki gedişləri seçəcəyi və “Şaxtyor”un hücum xəttinin Niderland səddini necə yaracağı gecənin əsas suallarından biridir.
9 aprel
20:45 Rayo Valekano (İspaniya) – AEK (Yunanıstan)
23:00 Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya)
23:00 Maynts (Almaniya) – Strasburq (Fransa)
23:00 Şaxtyor (Ukrayna) – AZ Alkmaar (Niderland)
Xatırladaq ki, cavab qarşılaşmaları aprelin 16-da keçiriləcəkv