Bu gün daha iki oyunla Azərbaycan çempionatının 2-ci liqasında 2-ci tur arxada qalıb. “Göygöl” öz meydanında minimal hesablı qələbə qazanıb. “Qaradağ Lökbatan” isə Ağstafa klubuna rəhm etməyib. Burada 8 cavabsız qol vurulub. Ümumiyyətlə, bu turda azarkeşlər bol qollu oyunların və minimal hesablı qələbələrin şahidi olub. Şəkili “ingilislər” səfərdə Saatlı təmsilçisinə 12 cavabsız qol vurub. Oyunların nəticələri belədir:
“Göygöl” – “Kür-Araz” – 1:0
“Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri” – 8:0
“Xankəndi” – “Quba” – 4:0
“Araz Saatlı” – “Şəki Siti” – 0:12
“Şəmkir” – “Dinamo” – 3:0
“Ağdaş” – “Şirvan” – 0:1
