Hindistanın Qoa şəhərində davam edən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinə start verilib. Turnirdə çıxışını davam etdirən Şəhriyar Məmmədyarov isveçli Nils Qrandeliusla sülh bağlayıb. İkinci görüşdə heç-heçə bitərsə, cütün qalibi tay-brekdə müəyyənləşəcək.