Kriştianu Ronaldonun bir neçə oyunu boykot etməsi izsiz ötüşməyib – “Əl-Nəsr” rəhbərliyi ilə futbolçu arasındakı münasibətlər ciddi şəkildə korlanıb.
The Touchline nəşrinin yaydığı məlumata görə, Səudiyyə klubu Ronaldunun astronomik maaşını nəzərə alaraq, artıq indidən onun satışı variantlarını aktiv şəkildə nəzərdən keçirir. Mənbə iddia edir ki, Ronaldonun yetirməsi olduğu Lissabonun “Sportinq” klubu onu geri qaytarmaqda maraqlıdır. Portuqaliyalı hücumçunun özü isə İngiltərə Premyer Liqasına (APL) qayıtmağa üstünlük verir. O, karyerasını sonlandırmazdan əvvəl daha bir il APL-də çıxış etmək niyyətindədir.
Fevralın 5-də 41 yaşı tamam olan Ronaldo 5 dəfə “Qızıl top” mükafatını qazanıb. Ronaldu daha əvvəl İngiltərədə “Mançester Yunayted”in formasını geyinib və bu klubda iki fərqli dönəmdə çıxış edib.
Ronaldunun 41 yaşında yenidən dünyanın ən rəqabətli liqası sayılan Premyer Liqaya qayıtmaq istəyi onun hələ də yüksək fiziki formada olduğunu sübut etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin “Əl-Nəsr”in onu buraxmaq üçün tələb edəcəyi şərtlər və futbolçunun maaş tələbi bu transferin reallaşmasında əsas rol oynayacaq.