Kriştiano Ronaldonun İrlandiya ilə DÇ-2026-nın seçmə oyununda rəqibə dirsəklə zərbə endirməsi ciddi başağrısına çevrilib. FİFA İntizam Komitəsi isə öz növbəsində portuqliyalını sözün əsl mənasında bağışlayaraq ona bir oyunluq cəza verdi. Forvard artıq Ermənistanla oyunu buraxmaqla cəzasını çəkmiş oldu və qalan iki diskvalifikasiya matçı isə bir illik sınaq müddəti ilə təxirə salındı.
Daily Mail-in məlumatına görə, “Ronaldo işi” dünya futbol qurumunun başağrısına çevrilə bilər. Mundialın qrup mərhələsində Portuqaliyanın ilk rəqibi olacaq yığma Ronaldonun yüngül cəzasıyla bağlı FİFA-nı İdman Arbitraj Məhkəməsinə (CAS) verə bilər. Məsələ ilə bağlı CAS-a apellyasiya müraciəti edəcək milli bir oyunluq cəzanın ədalətsiz olduğunu və Ronaldonun onlara qarşı oynamasının şanslarına zərbə vurduğunu sübut etməli olacaq.