“Bloomberg”in məlumatına görə, “Əl-Nəssr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tarixdə milyarder statusu qazanan ilk futbolçu olub. Mənbə 40 yaşlı portuqaliyalının sərvətinin 1,4 milyard dollar olduğunu bildirib. Uzun müddət Ronaldonun qazancı Lionel Messiylə eyni olub. Ancaq Ronaldo Səudiyyə Ərəbistanına köçdükdən sonra sərvəti sürətlə artmağa başlayıb.
Ronaldo 2023-cü ildən “Əl-Nəssr”in şərəfini qoruyur. Bu mövsüm o, bütün turnirlərdə altı oyunda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.