Bildiyiniz kimi, dünən DÇ-2026-nin seçmə oyununda Portuqaliya yığması səfərdə İrlandiya 0:2 hesabıyla məğlub oldu. Oyunu idarə edən isveçli hakim Qlenn Nüberq ikinci hissənin əvvəlində 40 yaşlı Kriştiano Ronaldonu rəqibinə dirsəklə zərbə endirdiyinə görə, meydandan qovdu. Ulduz futbolçu birbaşa qırmızı vərəqə aldığına komandasının mundialdakı start oynunu buraxa bilər. Record-un məlumatına görə, Portuqaliya Futbol Federasiyası Ronaldonun mümkün cəzasına apelyasiya vermək niyyətindədir. Əvvəlki xəbərlərdə hücumçunun iki və ya üç oyun cəzalandırıla biləcəyi deyilirdi.