Ukraynanın “YUKSA” klubunun sabiq vingeri Romarinyo Braziliyanın “Amerika Pedrinhas” klubunun prezidenti seçilib.
33 yaşlı sabiq futbolçu Sercipi ştatının ikinci divizionunda çıxış edən klubda keçirilən səsvermədə 75 səs toplayıb. Onun namizədliyinə cəmi iki nəfər qarşı çıxıb. Romarinyo bu vəzifədə dörd il çalışacaq.
Braziliya millisinin sabiq ulduzu Romarionun oğlu klub tarixinin müasir dövründə ən gənc prezidenti olub. O, 2024-cü ildən bu vəzifəni icra edən atasını əvəzləyib.
Klubun mətbuat xidməti yeni prezidentin seçilməsini belə şərh edib:
“Yeni nəsil bizim ‘Amerika’mızın tarixini yazmaq məsuliyyətini öz üzərinə götürür! Sizə uğurlar arzulayırıq, cənab prezident! Birlikdə irəli!”