Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43
Dünya futbolu

Braziliya futbolunun və “Barselona”nın unudulmaz siması, 60 yaşlı Romario növbəti qalmaqalla diqqət mərkəzinə düşüb. 1994-cü ilin dünya çempionu, özündən 35 yaş kiçik olan tələbə-stomatoloq Tiffani Barselos ilə yollarını ayırıb. Ayrılığa səbəb isə futbolçunun sevgilisinin onun ən yaxın rəfiqəsi ilə xəyanətdə itiham etməsi olub.

Braziliya mediasının yaydığı məlumata görə, Romario Tiffanini onun yaxın rəfiqəsi Barbara Kavalkanti ilə aldadıb. Bu hadisə Tiffani üçün “ikiqat zərbə” olub, çünki Barbara onun ən etibarlı çevrəsinə daxil idi.

Xəyanətin üstü Romarionun Fernandu-di-Noronya kurortunda Barbara ilə görüntülənməsindən sonra açılıb. Şahidlərin sözlərinə görə, cütlük səmimi şəkildə əl-ələ tutaraq istirahət edib. Maraqlısı budur ki, bu səfərdən cəmi bir neçə gün əvvəl Tiffani Rio-de-Janeyroda Romario ilə birlikdə olub. Lakin son anda futbolçu gənc sevgilisini səyahətə aparmayacağını bildirib və onun yerinə rəfiqəsi ilə yola düşüb.

Xəyanətdən xəbər tutan Tiffani Barselos dərhal münasibətləri sonlandırıb. O, həm Romarionu, həm də keçmiş rəfiqəsini sosial şəbəkələrdə izləmədən çıxarıb, futbolçunun onun fotolarına yazdığı bütün şərhləri silib.

Romarionun şəxsi həyatındakı qeyri-stabillik davam edir. Tiffani ulduz futbolçunun son 4 ayda ayrıldığı 3-cü sevgilisidir. Cəmi 3 ay davam edən bu münasibət də digərləri kimi uğursuzluqla yekunlaşıb.

Hələlik tərəflərdən heç biri mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Lakin fakt faktlığında qalır: “Baixinho” (Balaca) ləqəbli əfsanə, yaşıl meydanlardakı sürətli oyun üslubunu şəxsi həyatındakı münasibətlərində də nümayiş etdirməkdə davam edir.

Paylaş:

Xəbər Lenti

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29

Avropa çempionatında “Azərbaycan derbisi”

08.04.26 | 12:09

“Sabah”dan səfər yubileyi: 120-ci oyunda 50-ci qələbə

08.04.26 | 12:14

Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19

ÇL: “Bavariya” və “Arsenal”ın səfər qələbəsi

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43