Münxen “Bavariya”sının sabiq hücumçusu Roke Santa Krus idmançı uzunömürlülüyü nümayiş etdirməyə davam edir. Belə ki, 44 yaşlı futbolçu növbəti müqaviləsini yüksək liqa təmsilçisi ilə imzalayıb.
Söhbət Paraqvayın paytaxtı Asunsyonun “Nasyonal” klubundan gedir. Roke son dörd ildə 171 matçda formasını geyindiyi “Libertad”an ayrılıb. Onun üçün qarşıdakı yeni mövsüm peşəkar karyerasında sayca 29-cu olacaq.
Peşəkar karyerasına 1997-ci ildə başlayan, forvard “Bavariya” ilə yanaşı, “Mançester Siti” kimi nəhəng klublarda çıxış edib. Paraqvay yığmasının heyətində 32 qol vuran Roke 2011-ci ildə Amerika Kubokunun gümüş mükafatçısı olub.