“Real”ın futbolçusu sərxoş halda avtomobil idarə etdiyinə görə cəzalandırıldı

02.09.26 | 17:55
Dünya futbolu

“Kral klubu”nun müdafiəçisi Raul Asensio ötən ay yol hərəkəti təhlükəsizliyi qaydalarını kobud şəkildə pozduğuna görə məhkum edilib. Gənc futbolçu Qran-Kanariyanın cənubunda yerləşən San-Bartolome-de-Tiraxana bölgəsində sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.

İspaniyanın “Atlántico Hoy” nəşrinin yaydığı və nüfuzlu “AS” qəzetinin də təsdiqlədiyi məlumata görə, insident avqustun 16-sı səhər saatlarında qeydə alınıb. Asensio idarə etdiyi “Porsche Macan GTS” markalı avtomobillə yoxlama məntəqəsində polislər tərəfindən saxlanılıb. Alkoqol testindən keçirilən futbolçunun ilk nəticəsi 0,90 mq/l, ikinci yoxlanışı isə 0,88 mq/l göstərib.

İspaniya Cinayət Məcəlləsinin 379.2-ci maddəsinə əsasən, orqanizmdə alkoqolun miqdarının 0,60 mq/l-dən yüksək olması birbaşa cinayət məsuliyyəti yaradır. Buna görə də Asensio barəsində dərhal təcili məhkəmə işi başlanıb. Hadisə yerində lazımi rəsmiləşdirmə işləri yekunlaşdıqdan sonra avtomobilin idarəçiliyi onun yanındakı sərnişinə həvalə edilib və onların yola davam etmələrinə icazə verilib.

Sürətləndirilmiş məhkəmə prosesində təqsirini tam boynuna alan “Real”ın oyunçusuna sərt cəza kəsilib. Məhkəmənin qərarı ilə o, dörd ay ərzində hər gün 120 avro ödəmək şərtilə, ümumilikdə 14 400 avro məbləğində cərimələnib. Eyni zamanda, Asensionun sürücülük vəsiqəsi 8 ay müddətinə əlindən alınıb.

Paylaş:

Xəbər Lenti

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52