“Real” braziliyalı vinger Vinisius Juniorla yeni müqavilə bağlamaq istəsə də, tərəflər arasında maliyyə şərtlərində ciddi fikir ayrılığı yaranıb.
ESPN jurnalisti Qustavo Hofmanın məlumatna görə, “Kral klubu” 26 yaşlı futbolçunun illik məvacibini 17.5 milyon avrodan 22 milyon avroya qaldırmağa hazırdır. Lakin Vinisius bu məbləğlə razılaşmır. 2018-ci ildən bəri komandanın qazandığı uğurlarda əsas pay sahiblərindən biri olduğunu iddia edən vinger illik 30 milyon avro əməkhaqqı tələb edir. Bu isə komandanın digər ulduzu Kilian Mbappe ilə eyni maliyyə şərtləri deməkdir.
Mənbə bildirir ki, tərəflər arasında danışıqlar çıxılmaz vəziyyətə düşüb və “Real” rəhbərliyi futbolçunu satmaq variantını da istisna etmir.
Madriddəki bu gərginliyi London “Arsenal”I yaxından izləyir. “Topçular” “Real”la müqaviləsinin başa çatmasına cəmi bir il qalmış Vinisiusu heyətinə qatmaq imkanlarını dəyərləndirirlər.