Radamel Falkao da “uğursuz heykəllər” klubuna daxil oldu

03.02.26 | 16:06
Dünya futbolu

Görünür, Radamel Falkaonu doğma şəhərində o qədər də “istəmirlər”. Kolumbiyalı ulduzun doğulduğu Santa-Marta şəhər rəhbərliyi 39 yaşlı bombardiri şərəfləndirmək qərarına gəlsə də, nəticə uğursuz alınıb. Heykəltəraş Roberto Miktil tərəfindən köhnəlmiş dəmir və mis oksidindən hazırlanan abidənin hündürlüyü 1.70 metr, çəkisi isə 195 kiloqramdır.

Heykəlin əsas problemi onun həddindən artıq səliqəsiz hazırlanmasıdır; hətta postament belə əyri quraşdırılıb. Ən çox müzakirə edilən məqam isə abidənin Falkaoya heç bir bənzərliyinin olmamasıdır. Sosial şəbəkə istifadəçiləri bu işi kəskin tənqid atəşinə tutsalar da, “El Tigre” (Pələng) ləqəbli futbolçu hələlik mövzu ilə bağlı sükutunu qoruyur.

Bununla da Falkao; vaxtilə uğursuz heykəlləri ilə gündəmə gələn Ronaldu, Salah və Keyn kimi dünya ulduzlarının siyahısına qoşulub.

Xatırladaq ki, peşəkar karyerasına “Lanseros Boyaka”da başlayan Falkao, illər ərzində Avropanın və Cənubi Amerikanın nəhəng klublarında çıxış edib: “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi”, “Qalatasaray” və “Rayo Valyekano”.

Kolumbiya yığmasında keçirdiyi 105 oyunda 36 qol vuraraq ölkə tarixinin ən yaxşı bombardiri ünvanını əldə edib. Təcrübəli hücumçu 2024-cü ilin yayında vətəninə dönərək “Milyonarios” klubu ilə müqavilə imzalayıb.

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13