“Qəbələ” azlıqda “Qarabağ”a uduzdu

26.09.25 | 20:11
Ölkə futbolu

Oyun sanki “Qarabağ”ın ötən turdakı “Araz-Naxçıvan”la matçın senarisini təkrarladı. Rəqib ilk yarıda azlıqda qalmaqla ağdamlılara qarşı mübarizədə çətin duruma düşdü. Naxçıvan klubundan fərqli olaraq “Qəbələ” daha tez, artıq 3-cü dəqiqədə Ovusunun meydandan qovulması ilə azlıqda qaldı. Oyun baxımdan da “Qəbələ” “Araz-Naxçıvan”dan fərqlənirdi. Kaxaber Tsxdadzenin yetirmələri 10 nəfər qalmasına rəğmən “Araz-Naxçıvan” kimi aciz və məhkum görünmürdü. Hətta ilk yarının sonlarında Massumo hesabı bərabərləşdirə də bilərdi. Bununla belə “Qarabağ” fasiləyə minimal üstünlüklə yollandı.   

İkinci hissə meydan sahiblərinin üstünlüyü ilə keçdi. Lakin qonaqlar müdafiədə ağıllı, mütəşəkkil müdafiə ilə qapısını bağlı saxlaya bildi. Yalnız uzatma dəqiqələrində “Qarabağ” ikinci qolu vurdu. Məğlubiyyətə baxmayaraq “Qəbələ” yaxşı təsir bağışladı. Rəqib əsas heyətlə oynasa da, “ağ-qaralar” “Araz-Naxçıvan”dan fərqli olaraq daha layiqli müqavimət göstərdilər.

Premyer Liqa, 6-cı tur

“Qarabağ” – “Qəbələ” 2:0

“Qarabağ”: M.Koxalski, L.Andrade, K.Medina, B.Mustafazadə, E.Cəfərquliyev, A.Zubir, M.Silva, E.Addai, K.Borqes, P.Bikalyo, K.Duran.

“Qəbələ”: S.Ağayev, N.Əliyev, S.Damadayev, D.Massumo, Ş.Şahniyarov, E.Əhmədov, A.Ba Loua, E.Kunde, P.Ovusu, İ.Amoah, X.Syerra.

Qol: Zubir, 16. Qurbanlı, 90+3.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21