Premyer Liqanın 19-cu turunda səfərdə “Şamaxı”nı gərgin mübarizənin sonunda 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasov oyunsonu mətbuat konfransında matçı və gündəmdəki digər məsələləri şərh ediblər.
Qurban Qurbanov: “Nəriman üçün gələn təkliflər ciddidir”
Ağdam klubunun çalışdırıcısı əlverişsiz hava şəraitinə baxmayaraq, komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb: “Belə havada bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu cür ağır şərtlərdə futboldan danışmaq çətindir. İlk hissədə ‘Şamaxı’ daha aqressiv idi, lakin fasilədən sonra təşəbbüsü ələ ala bildik. Futbolçularımı bu vacib qələbə münasibətilə təbrik edirəm”.
Qurbanov komandanın aparıcı üzvlərindən olan Nəriman Axundzadənin gedişi ilə bağlı siqnallar verib: “Nərimanla bağlı ciddi danışıqlar gedir və proses yekunlaşmaq üzrədir. Təkliflər elə yerlərdən gəlir ki, ora əsasən maddiyyata görə gedirlər. Futbolçunun fikri qarışıq idi, son vaxtlar özündə deyildi. Əgər bu keçid baş tutsa, onun inkişafı üçün faydalı ola bilər. Komandanı indiki məqamda motivasiya etmək asan deyil, hətta matçdan sonra başqa bir oyunçu da ona ciddi təklif gəldiyini bildirdi”.
Təcrübəli mütəxəssis Bəhlul Mustafazadənin Çin klubuna keçidinin baş tutmaması məsələsinə də toxunub: “Danışıqlarda bəzi detallar oldu. Mən Bəhlulla danışdım və onun yanında olduğumu bildirdim”.
Ayxan Abbasov: “Bəhlula qırmızı vərəqə verilməli idi”
Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov isə son dəqiqələrdə buraxılan qola və hakim idarəçiliyinə diqqət çəkib: “Məğlubiyyətə görə çox üzgünüük. Qarlı havada və ağır meydançada xarakter göstərməli idik. Ümumilikdə pis oynamadıq, amma rəqib ‘Qarabağ’ idi. Yenə köhnə problemimizlə üzləşdik: sona qədər konsentrasiyanı qoruya bilmədik və müdafiədəki boşluqdan qol buraxdıq”.
Abbasov son dəqiqələrdəki əvəzetmələrin məğlubiyyətə səbəb olması fikri ilə razılaşmayıb: “Oruc Məmmədov özü əvəzlənməsini istədi, Kərim Rossi isə yorulmuşdu. Problem əvəzləmələrdə yox, müdafiədəki diqqətsizlikdə idi”.
“Şamaxı”nın çalışdırıcısı rəqib oyunçu Bəhlul Mustafazadənin epizoduna da etirazını bildirib:“Fikrimcə, hakim həmin epizodda Bəhlula ikinci sarı vərəqəni göstərməli və onu meydandan qovmalı idi. Lakin epizoda yenidən baxmaq lazımdı