Qurban Qurbanovun səmimi etirafı: “Çempionlar Liqası həm komandanı, həm də məni çox yordu”

14.03.26 | 22:21
Ölkə futbolu

Premyer Liqada çempionluq yarışının gərgin məqamında “Qarabağ” növbəti vacib qələbəsini rəsmiləşdirib. 24-cü turda “Zirə” səddini 3 qolla keçən “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov, oyundan sonra komandanın fiziki durumu, Avropa arenalarının yaratdığı yorğunluq və qarşıdakı ağır təqvim barədə səmimi etirafları ilə diqqət çəkib.

Qurbanov qələbəni yüksək qiymətləndirərək, rəqibin hazırlığını xüsusi qeyd edib: “Yüksək dinamikalı və bizim üçün strateji baxımdan vacib bir oyun oldu. Qarşımızda bizi yaxşı analiz etmiş, motivasiyalı bir rəqib var idi. “Zirə” sona qədər mübarizə apardı və bizə meydanda rahat nəfəs almağa imkan vermədi. Rəşad Sadıqova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram”.

“Qarabağ”ın avrokuboklardan sonra daxili çempionatda daha dominant görünməsi ilə bağlı fikirlərə toxunan baş məşqçi komandasının optimal formada olmadıqlarını etiraf edib: “Avrokuboklarsız özümüzü daha sakit hiss edirik. Hələ ki, istədiyimiz səviyyədə deyilik, bəzi futbolçuların oyun praktikasında çatışmazlıqlar var. Çempionlar Liqası çox enerjimizi apardı. Hər oyun öncəsi yaşanan məsuliyyət və stres həm futbolçuları, həm də məni xeyli yordu”.

Komandanın gənc üzvü Kamilo Duranın Kolumbiya yığmasına dəvət alması barədə danışan Qurbanov, onun potensialına inandığını vurğulayıb: “Çox istedadlı futbolçudur. Onun sürəti, oyuna yanaşması və xarakteri gələcəkdə böyük futbolçu olacağından xəbər verir. Bu dəvətə görə çox şadıq. Ümid edirəm ki, o, Dünya Çempionatına gedəcək heyətdə yer alacaq”.

Qarşıdan gələn “Sabah” və “Neftçi” ilə ardıcıl oyunlar barədə danışan mütəxəssis, sıx qrafikin narahatlıq yaratdığını gizlətməyib: “Eyni rəqiblə ard-arda həm kubokda, həm də çempionatda qarşılaşmaq xoş deyil. Lakin hər iki komanda eyni vəziyyətdədir. Bizim üçün əsas məsələ bu sıx qrafikdə komandanı fiziki cəhətdən qorumaqdır”.

Qurban Qurbanov həmçinin Azərbaycanın U-20 yığmasına baş məşqçi təyin olunan Ruy Jorje haqqında da müsbət fikirlər səsləndirərək, bu təyinatın öncədən müzakirə edildiyini və uğurlu olacağına ümid etdiyini bildirib.

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13