Azərbaycan azarkeşlərinə 2015–2018-ci illərdə “Qəbələ”dəki uğurları və 2024-cü ildə “Neftçi”dəki fəaliyyəti ilə tanınan Roman Qriqorçuk, Odessanın “Çernomorets” klubu ilə rəsmi müqavilə imzalayıb. 60 yaşlı mütəxəssis bu postda Aleksandr Kuçeri əvəzləyərək, karyerası ərzində üçüncü dəfə “dənizçilər”in sükanı arxasına keçib. Müqavilənin müddəti barədə hələlik rəsmi məlumat verilmir.
Qriqorçuk klub rəhbərliyinə “Çernomorets”i yenidən Ukrayna Premyer Liqasına (UPL) qaytaracağına söz verib. Təcrübəli baş məşqçi qış transfer pəncərəsində heyəti gücləndirmək üçün böyük büdcə xərcləməyi planlaşdırır. Yeni transferlərin kimliyi isə hələlik gizli saxlanılır.