Məşhur jurnalist Pablo Jiralt “X” sosial şəbəkəsində “Qızıl top – 2025” səsverməsinin nəticələrini açıqlayıb. Onun məlumatına görə, mükafata “Barselona” və İspaniya millisinin vingeri Lamin Yamal layiq görülüb. İkinci yeri isə PSJ-nin hücumçusu Usman Dembele tutub.
Xatırladaq ki, “France Football” jurnalının təşkil etdiyi dünyanın ən yaxşı futbolçusuna təqdim olunan mükafatın 69-cu təqdimetmə mərasimi bu gün keçiriləcək. Tədbir Parisdə, “Şatle” teatrında baş tutacaq.
Tarixdə dördüncü dəfə mükafat ilin təqviminə görə deyil, mövsümün yekunlarına əsasən (1 avqust 2024 – 13 iyul 2025) təqdim olunacaq. Səsvermədə isə FIFA-nın aktual top-100 reytinqində yer alan ölkələrin idman jurnalistləri iştirak edib.
