“Qıtmızı şeytanlar”ın qara siyahısı: 100 milyon funt havaya sovuruldu

07.01.26 | 18:14
Dünya futbolu

“Mançester Yunayted” futbol dünyasında ən çox gəlir əldə edən klublardan biri olsa da, yanlış idarəçiliyin bədəlini ağır ödəyir. 2013-cü ildən bəri istefaya göndərilən məşqçilərin təzminat siyahısı klubun büdcəsində böyük bir “dəlik” açıb.

Klubun ən böyük itkisi Joze Mourinyonun gedişi zamanı qeydə alınıb — portuqaliyalı mütəxəssisə rekord sayılan 19,6 milyon funt təzminat ödənilib. Sonuncu istefa olan Ruben Amorim isə kluba cəmi bir neçə aylıq fəaliyyəti üçün 10 milyon funt sterlinqə başa gəlib.

Təzminat alanların siyahısı belədir:

Devid Moyes 4,9 mln funt

Lui van Qal 8,4 mln funt

Joze Mourinyo 19,6 mln funt

Ole-Qunnar Sulşer 10 mln funt

Ralf Ranqnik 14,7 mln funt

Erik ten Haq 10 mln funt

Ruben Amorim 10 mln funt

Klubun xərcləri yalnız istefalarla bitmir. “MYU” həm də direktorların transferi və yeni məşqçilərin (məsələn, Amorim üçün “Sportinq”ə ödənilən 11 milyon avro) klublarından alınması üçün milyonlar xərcləyib.

Aleks Ferqyusonun gedişindən sonra keçən 13 ildə klubun uğursuz təyinatlara görə itirdiyi məbləğ 100 milyon funta (təxminən 220 milyon manatdan çox) çatır.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21