Qismət Alıyev: «Avrokuboklardan sonra tam olaraq Premyer Liqaya köklənmişik»

06.08.26 | 18:43
Ölkə futbolu

 «Zirə»nin kapitanı Qismət Alıyev Premyer Liqanın yeni mövsümünün startı öncəsi ölkə mediasına komandasının hazırlıq prosesi və ilk turdakı rəqibi haqqında fikirlərini bölüşüb. Təcrübəli futbolçu avrokubok matçlarından sonra diqqəti tam olaraq ölkə çempionatına yönəltdiklərini bildirib: “Mövsümə tez başladıq və artıq 4 rəsmi oyun keçirmişik. Avrokuboklardakı çıxışın komandaya necə təsir göstərəcəyini indidən demək çətindir. Hazırlıq işlərimiz plan üzrə davam edir: intensiv məşqlər keçirik və əsas məqsədimiz Premyer Liqanın 1-ci turuna tam hazır vəziyyətdə çıxmaqdır”.

Alıyev ilk turdakı rəqibləri elitanın debütantı «Şəfa»nı təbrik edərək, açılış matçının gərgin keçəcəyini vurğulayıb: “Yeni mövsümün başlamasına on gün qalıb. Konfrans Liqasındakı uğursuzluqdan sonra diqqətimizi tam şəkildə daxili çempionata cəmləmişik. Komanda böyük həvəslə çalışır və hər bir futbolçu açılış matçına optimal formada yanaşmaq üçün əlindən gələni edir.

İlk növbədə, «Şəfa»nı Premyer Liqaya yüksəlməsi münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Mövsümün ilk turunda məhz bu komanda ilə qarşılaşacağıq. Rəqib güclü heyət formalaşdırmağa çalışıb və təcrübəli legionerlər transfer edib. İlk turun oyunları hər iki tərəf üçün həmişə çətin olur. Buna baxmayaraq, biz çempionata qələbə ilə başlamaq niyyətindəyik. Əminəm ki, azarkeşləri maraqlı və gərgin mübarizə gözləyir”.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19