Antalyada hazırlıqlarını davam etdirən “Zirə” bu gün iki yoxlama oyununda qüvvəsini sınayır. Rəşad Sadıqovun yetirmələri günün ilk matçında Ukrayna təmsilçisi “Oleksandriya” ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş ukraynalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qartallar” matç ərzində iki dəfə hesabda önə keçməyi bacarsalar da, yekunda üstünlüyü qoruya bilməyiblər. “Zirə”nin heyətində Eqor Boqomolski və Ceyhun Nuriyev qol müəllifi olublar.
Qeyd edək ki, “qartallar” günün ikinci yarısında Çexiyanın “Bohemians 1905” klubu ilə üz-üzə gələcək. Komanda Antalyadakı əvvəlki yoxlama oyununda Rumıniya “Çiksereda”sı ilə məhsuldar heç-heçə etmişdi (3:3).