Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun “Napoli” – “Qarabağ” oyununu idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Görüşə polşalı hakimlər briqadası təyinat alıb. Baş hakim Şimon Marçinyaka yan xətt hakimləri Tomaş Listkeviç və Adam Kupşik kömək edəcək. 4-cü hakim funksiyasını Voyçex Muk yerinə yetirəcək.
2011-ci ildə FİFA referisi statusunu alan 44 yaşlı Marçinyaka UEFA-nın elit hakimlər kateqoriyasına aiddir. 2016/17 mövsmündən başlayaraq indiyədək Çl-də 67 oyunda fit çaılıb. Sonuncu dəfə beynalxalq arenada DÇ-2026-nın seçmə turnirinin Şotlandiya – Danimarka oynunu idarə edib.
Onuda deyək ki, noyabrın 26-da Dieqo Armando Maradona stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.