“Qarabağ”ın oyununu idarə edəcək hakimin adı şübhəli oyun idarəetməsində hallanıb

29.09.25 | 16:24

Çempionlar Liqasında “Qarabağ”ın “Kopenhagen”lə oyununu idarə edəcək niderlandlı hakim Serdar Gözübüyük dəfələrlə Niderlandda ən yaxşı hakim seçilib. 1985-ci il doğumlu FİFA referisi  2012-ci ildən beynəlxalq dərəcəni daşıyır. Dünya Çempionatının seçmə oyunlarını, Avropa kubokları matçlarına hakimlik edib.

Bununla belə Gözübüyük verdiyi qərarlara görə tənqidlərlə də üzləşib. O, özünəinamlı, iddialı xarakterə malikdir. Orta hesabla hər oyuna 3.41 sarı vərəqə göstərir. Qırmızı vərəqə göstərmə faizi daha aşağıdır, hər 20 oyuna bir qırmızı düşür.

Maraqlıdır ki, 2010-cu ildə Alman nəşri araşdırmalar nəticəsində Gözübüyükü şübhəli oyun idarəetməsində ittiham etmişdi. O vaxt Almaniyanın Volkskrant nəşri yazırdı ki, “Niderlandın aparıcı baş hakimlərindən olan Serdar Gözübüyükün adı iri miqyaslı oyun alqı-satqısı (matchfixing) cinayət işi ilə bağlı hallandırılır. Təqsirləndirilən şəxsin sözlərinə görə, o, oyunların manipulyasiya edilməsində iştirak edib. Bu isə de Volkskrant qəzetinin əldə etdiyi cinayət işinin sənədlərindən məlum olub”.   O zaman Niderland Futbol Federasiyası onu dəstəkləmiş və məlumatı təkzib etmişdi.  

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21