Çempionlar Liqasında “Qarabağ”ın “Kopenhagen”lə oyununu idarə edəcək niderlandlı hakim Serdar Gözübüyük dəfələrlə Niderlandda ən yaxşı hakim seçilib. 1985-ci il doğumlu FİFA referisi 2012-ci ildən beynəlxalq dərəcəni daşıyır. Dünya Çempionatının seçmə oyunlarını, Avropa kubokları matçlarına hakimlik edib.
Bununla belə Gözübüyük verdiyi qərarlara görə tənqidlərlə də üzləşib. O, özünəinamlı, iddialı xarakterə malikdir. Orta hesabla hər oyuna 3.41 sarı vərəqə göstərir. Qırmızı vərəqə göstərmə faizi daha aşağıdır, hər 20 oyuna bir qırmızı düşür.

Maraqlıdır ki, 2010-cu ildə Alman nəşri araşdırmalar nəticəsində Gözübüyükü şübhəli oyun idarəetməsində ittiham etmişdi. O vaxt Almaniyanın Volkskrant nəşri yazırdı ki, “Niderlandın aparıcı baş hakimlərindən olan Serdar Gözübüyükün adı iri miqyaslı oyun alqı-satqısı (matchfixing) cinayət işi ilə bağlı hallandırılır. Təqsirləndirilən şəxsin sözlərinə görə, o, oyunların manipulyasiya edilməsində iştirak edib. Bu isə de Volkskrant qəzetinin əldə etdiyi cinayət işinin sənədlərindən məlum olub”. O zaman Niderland Futbol Federasiyası onu dəstəkləmiş və məlumatı təkzib etmişdi.
