Şimali Makedoniyanın “Şkendiya” klubu ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Qarabağ”ın pley-offdakı potensial rəqibləri məlum olub. Püşkatma “Qarabağ”ın yoluna “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütlüyünü çıxarıb. Bu cütün qalibi 19-20 və 26-27 avqustda şərti ağdamlıların rəqibi ola bilər.
Maraqlıdır ki, “Qarabağ” yaxın keçmişdə hər iki komanda ilə üzləşib. 2022-ci ilə Qurban Qurbanovun yetirmələri ÇL-in üçüncü təsnifat mərhələsində məhz macarları keçmişdi. “Ludoqorets”lə qarşılaşma da 2024-cü ildə eyni turnirin eyni mərhələsində baş vermiş və həmin duel də “Qarabağ”ın xeyrinə bitmişdi. Odur ki, “Qarabağ” “Şkendiya”nı keçərsə qrup mərhələsinə adlamaq üçün şansları yüksək olacaq.