Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq. “Qarabağ” klubunun rəsmi saytının yaydığı məlumata görə, azarkeşlər biletləri yalnız onlayn qaydada, “iTicket.az” platforması vasitəsilə əldə edə bilərlər. Qiymətlərin biletlər satışa çıxdığı an açıqlanacağı gözlənilir. Xatırladaq ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu möhtəşəm oyun saat 21:45-də start götürəcək.