UEFA noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ” – “Çelsi” görüşünə təyinat alan hakimlərin adlarını açıqlayıb. Oyun avstriyalı hakimlər briqadasına tapşırılıb.
Baş hakim 37 yaşlı Sebastyan Qishamerə Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək. VAR-da Manul Şüettenquber, AVAR-da Yosef Spurni olacaq.