“Qarabağ”dan tarixi qələbə.

16.09.25 | 16:43
Ölkə futbolu

“Benfika”nın bu oyunun favoriti olması sirr deyildi. Komanda pley-offda “Fənərbaxça”nı ələməklə yanaşı, Portuqaliya çempionatında da 4 oyuna 3 qələbə və 1 heç-heçə ilə ənənəvi gücünü ortaya qoya bilib. Bu oyuna da lissabonlular əsas heyətlə çıxıb. Qurban Qurbanov isə start heyətdə Kamilyo Duranı buraxıb. O, hücumda zədəli Nəriman Axundzadəni əvəz edir. Start heyətdə başqa yenilik yoxdur.

İlk dəqiqələrdən oyun gözlənilən senari ilə keçdi. Böyük üstünlüyə malik olan ev sahibləri erkən qol vurmağa nail oldu. 6-cı dəqiqədə ukraynalı Sudakovun künc zərbəsini Barrenexea başla küncə göndərdi. Bu epizodda müdafiəçilər diqqətsiz oynadılar. Azərbaycan millisinin qapısına qol vuran Sudakov bu dəfə ağdamlıların qapısına vurulan qolda iştirak etdi. Ukraynalı “Qarabağ”ın qapısına vurulan ikinci qolda da iştirak etdi. Məhz onun ötürməsi Medina və Mustafazadənin anlaşılmazlığı nəticəsində Pavlidisə düşdü və yunan rahatca ikinci qolu vurdu.

Oyunun məntiqi gedişinin əksinə olaraq “Qarabağ” nadir hücumlarından birini qola çevirdi. Oyundan bir gün öncə “Benfika”nın qapısına qol vuracağını hiss etdiyini deyən Andradenin hissiyatı özünü doğrultdu. O, geri dönən topu güclü zərbə ilə qapıya göndərdi. Az sonra komandamız az qala hesabı bərabərləşdirəcəkdi. Əvvəlcə dirək Kadinin zərbəsini qaytardı, daha sonra Trubin Yankoviçin təkrar vurduğu topu çıxara bildi. Fasilə ərəfəsində “Qarabağ” bir daha dişini göstərdi və Kamilyo Duran qapıçı ilə təkbətəkə çıxdı. Təəssüf ki, bu dueldən də ukraynalı qapıçı qalıb çıxdı.

İkinci hissə başlayan kimi ağdamlılar buraxılan imkanların əvəzini çıxdı. Kamilyo Duran Yankoviçin gözəl ötürməsi ilə sol cinahdan qapıçı ilə üz-üzı qalaraq əla zərbə ilə hesabı bərabərləşdirməklə tribunaları şoka saldı. Sürəti və dəqiqliyi ilə seçilən kolumbiyalı start heyətə əbəs yerə düşmədiyini göstərdi. 77-ci dəqiqədə “Qarabağ”ın heyətində ən yaxşılardan olan Ynakoviç zədələnərək meydanı tərk etməli oldu. Qurbanovun əvəzetmələri rəqibin təzyiqinə tab gətirmək məqsədi güdürdü. Amma “Qarabağ” daha çoxuna iddialı idi. Zubirlə Kaşuk iklikdə heç nədən qol yaratdılar və sonuncu qonaqları hesabda irəli çıxardı. Tribunada oturan əfsanəvi Ruy Koşta belə qoldan sonra üzünü tutub məyusluğunu gizlətmədi. “Benfika” bundan sonra ciddi heç nə edə bilmədi və “Qarabağ” tarixi zəfərə nail oldu.

16 sentyabr, UEFA Çempionlar Liqası, 1-ci tur

“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:3

Hakim: Erik Lambrexts (Belçika) 

Benfika”: Trubin, Dediç, A. Silva, Otamendi, Dal, Barrenexea, Rios (Barreyro, 79), Aursnes (İvanoviç, 70), Sudakov, Şeldrup (Prestianni, 70), Pavlidis (Arauxo, 79).

“Qarabağ”: Koxalski, Medina, Mustafazadə, Cəfərquliyev (T. Bayramov, 77), Mateuş Silva, Bikalyo, Yankoviç (Kaşuk, 77), Lenadro Andrade (Addai, 66), Kadi, Zubir, Kamilyo Duran (Qurbanlı, 90).

Qol: Barrenexea, 6. Pavlidis, 16 – Leandro Andrade, 30. Kamilyo Duran, 48. Kaşuk, 86.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21