Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Kot-d’İvuar yığması Burkina-Faso üzərində inamlı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Görüşün 20-ci dəqiqəsində Amad Diallo hesabı açaraq “Fil sahilləri”ni önə keçirib. Çox keçmədən Yan Diomande rəqib qapıçının səhvindən maksimum yararlanaraq hesabı 2:0-a çatdırıb. Burkina-Fasonun ən yaddaqalan epizodu Dango Ouattaranın zərbəsinin dirəkdən qayıtması olub. Matçın son dəqiqələrində isə əks-hücumu dəqiq tamamlayan Bazumana Ture yekun hesabı müəyyənləşdirib — 3:0.
Bu nəticə ilə turnirdə 1/4 finalın bütün iştirakçıları bəlli olub.
9 yanvar:
20:00 Mali — Seneqal
23:00 Kamerun — Mərakeş
10 yanvar:
20:00 Əlcəzair — Nigeriya
23:00 Misir — Kot-d’İvuar