“Konyaspor”a gözlənilməz məğlubiyyətdən sonra “Qalatasaray”da daxili gərginlik üzə çıxıb. “TR24” portalının iddiasına görə, “sarı-qırmızılı” futbolçular artıq üç aydır ki, maaş ala bilmirlər. Rəhbərliyin susqunluğu isə şayiələri daha da alovlandırır.
Tanınmış jurnalist Haluk Yürekli mövcud vəziyyəti şərh edərəkən bu cür problemlər fonunda “Qalatasaray”ın çempionluq şansı ciddi sual altında olduğunu bildirib. Komanda 55 xalla lider olsa da, 52 xala malik “Fənərbaxça”nın bir oyununun ehtiyatda olması çempionluq yarışında gərginliyi artırır. Bu isə liderliyin hər an əldən gedə biləcəyi deməkdir.