“Qalatasaray”da 60 milyonluq şok! “Napoli” ulduz futbolçu üçün hərəkətə keçdi

17.03.26 | 08:01
Dünya futbolu

İtaliya mətbuatı transfer bazarını sarsıdacaq iddia ilə çıxış edib. “Napoli”nin “Qalatasaray”ın müdafiəçisi Vilfrid Sinqonu hədəf aldığı və onun müqaviləsindəki sərbəstqalma maddəsindən yararlanmağı planlaşdırdığı bildirilir.

Məşhur “Il Mattino” qəzetinin verdiyi məlumata görə, “Napoli” kot`ivarlı müdafiəçinin durumunu yaxından izləyir. Xəbərdə qeyd olunur ki, yay transfer pəncərəsində “Monako”dan 30 milyon avroya transfer edilən Sinqonun müqaviləsində ilk mövsüm üçün 60 milyon avroluq sərbəstqalma bəndi var. Müdafiə xəttini gücləndirmək istəyən İtaliya təmsilçisinin bu məbləği ödəməyə hazır olduğu vurğulanır.

Xatırladaq ki, Viktor Osimhenin “Qalatasaray”a keçidi zamanı tərəflər arasında danışıqlar kifayət qədər çətin keçmişdi. İndi isə “Napoli”nin Sinqo üçün rəsmi addım atmağa hazırlaşması iki klub arasındakı transfer rəqabətini daha da qızışdırıb.

Zədədən döndükdən sonra yüksək performansı ilə diqqət çəkən 25 yaşlı müdafiəçi cari mövsüm “sarı-qırmızılı” forması ilə meydana çıxdığı 21 matçda 3 məhsuldar ötürmə edib.

Hazırda Avropanın bir neçə nəhəng klubunun da diqqət mərkəzində olan Sinqonun karyerasını yenidən İtaliyada davam etdirməyəcəyi maraqla gözlənilir.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21