Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) qadın futbolçulardan ibarət millimiz hazırlıq çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.
Tbilisidə yerli həmyaşıdları ilə qarşılaşan yığmamızın oyunu meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.
Qeyd edək ki, hazırlıq prosesini davam etdirən komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.