Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15
Ölkə futbolu

Milli “FIFA Series 2026” turnirinin finalında dünyanın ən yoxsul ölkələrindən biri olan Syerra-Leone yığması üzərində qələbəni səs-küylə qeyd etdi. Uğurun miqyası AFFA üçün o qədər böyük idi ki, hətta AFFA-nın baş katibi Cahangir Fərəcullayev də hisslərini cilovlaya bilməyib meydana qaçdı və cuppulu kubokdan ehtirasla yapışdı. Baş katibin sevinc eyforiyası başını elə dumanlandırdı ki, yoldaşlıq oyununda qələbəni kiçiltməməyi məsləhət də gördü. Amma nədənsə nə o, nə də onun mediadakı mirzələri “uğurun” arxasında gizlənən gerçək mənzərəni yada salmadı. Turnirdən sonra həmin mirzələr rəqibin heç də zəif olmadığını iddia edərək, bu qələbəyə kölgə salmamağı məsləhət gördü. Əsas arqument kimi isə Syerra-Leonenin heyətində Fransa Liqa 1-də çıxış edən futbolçunun olması göstərdilər. Söhbət isə 19 yaşlı Cuma Bahdan gedir ki, onun hazırkı transfer dəyəri 10 milyon avrodur. Müasir futbol bazarı və bu gün səslənən astronomik rəqəmlər fonunda bu, sadəcə ortabab bir qiymətdir. Üstəlik, Afrika təmsilçisinin heyətində ondan başqa səviyyəli, diqqətçəkən ikinci bir ismə rast gəlmək faktiki olaraq mümkün deyil.

Unutmamalıyıq ki, doğrudan da güclü və potensiallı bir yığma bu gün FİFA reytinqində 120-ci pillədə qərarlaşmaz. Reallıq budur ki, Syerra-Leone Afrika qitəsinin sıradan, ortabab komandalarından biridir.

Əslində, məsələnin əsas mahiyyəti hansısa yoldaşlıq turnirində kubok qazanmaq və ya növbəti mərhələyə adlamaq deyil. Əsas problem yanaşmadadır: biz hər dəfə əldə edilən kiçik bir uğuru şişirtmək və ya növbəti fiaskolara bəraət qazandırmaq üçün rəqiblərimizi olduğundan qat-qat güclü göstərməyə çalışırıq.

Gəlin özümüzə ən vacib sualı verək: necə olur ki, dünyanın ən yoxsul, normal yaşıl meydançası belə olmayan, sakinlərinin gündəlik sosial çətinliklərlə mübarizə apardığı ölkələrdən davamlı olaraq beynəlxalq səviyyəli oyunçular çıxır, lakin pulun sel kimi axdığı, böyük büdcələrin xərcləndiyi bizim futbolumuzdan yox? Məhz bu sualı ölkə futbolunun sükanı arxasında əyləşənlərə, inkişaf proqramlarına və akademiyalara cavabdeh olan şəxslərə ünvanlamaq lazımdır. Elə Cahangir də bizə qələbəni kiçiltməməyi məsləhət görməkdənsə papağını qabağına qoyub bu barədə düşünsə yaxşıdır.

Yaxın gələcəyə real prizmadan baxaq: tutaq ki, UEFA Millətlər Liqasında Lixtenşteyn və Litvanı geridə qoyub “C” Liqasına yüksəldik. Bəs sonra bizi nə gözləyir? Əgər ortada uzunmüddətli, fundamental bir inkişaf strategiyası yoxdursa və yeni bir sistem qurulmayıbsa, növbəti dayanacağımız yenə eyni yer – yəni başlanğıc nöqtəsi olacaq.

Belə olan halda, alt yapıdan məhrum, heç bir qlobal hədəfə xidmət etməyən və sadəcə anlıq təsəllilərə hesablanmış bu cür “uğurlar” kimə lazımdır? Futbolumuzun xilası süni bəhanələrdə və şişirdilmiş qələbələrdə deyil, acı reallıqla üzləşib əsaslı islahatlara getməkdədir. “Kimə lazımdır” isə əslində ironiya ilə verilən sualdır. Əlbəttə Syerra-Leone üzərində yoldaşlıq oyununda qələbəni şişirtmək nə azarkeşə, nə gələcəyini futbolda görən uşaqlara və yeniyetmələrə, nə də futbolun inkişafını istəyən vətəndaşa lazımdır. Belə saxta uğur, Don Kixotluq yalnız AFFA rəhbərliynə lazımdır. Həm xərclənən pulların bəraəti, həm də uğurlu kadr obrazı yaratmaq üçün. Hələlik bu gün futbolumuzun uğurunu və əldə olunan nailiyyətləri Sent Lüsiya ilə oyundan sonra Sumqayıt stadionunun paltardəyişmə otağını basan selin mənzərəsi ilə ölçmək olar.    

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21