Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətin ardınca Premyer Liqada “Sabah”a məğlubiyyət “Qarabağ”ın düşərgəsində işlərin heç də qaydasında olmadığını göstərdi. Bu gediş qəbəliləri də daha ürəkli oynamağa sövq etməli idi. Oyunun əvvəli məhz belə də oldu. Prins Ovusu erkən qol vurdu. Lakin ilk yarının ortalarında “Qəbələ”nin müdafiəsi ənənəvi səhvə yol verdi. Təklikdə qalan Bədavi Hüseynov başla topu qapıdan keçirdi. Qonaqlar ikinci hissəyə irəlidə çıxa bilərdi. Qapı önündə tək qalan Ramil Şeydayev boş qapını düz nişan ala bilmədi. Bu epizod bir daha göstərdi ki, “Qəbələ”nin müdafiə xətti arxada mövqe seçimində mütəmmadi səhvlərə yol verirlər və bu artıq residiv vəziyyət alıb. Rəqib azacıq sürətli hüc edən kimi müdafiə xəttinin oyunçuları hara gəldi qaçır.
İkinci hissə də bənzər ssenari ilə başladı. Qurban Qurbanovun komandası təşəbbüsə sahib idi. Bununla belə meydan sahibləri ara-sıra qapıya zərbə imkanı qazanırdı. Ən real qol vəziyyəti isə tezliklə Səlahət Ağayevin qapısı qarşısında oldu. Təkbətəkə çıxan Aleksey Kaşukun zərbəsi tirdən geri döndü. Bu artıq “Qəbələ” üçün xəbərdarlıq siqnalı idi. Lakin qəbəlilər nəticə çıxarmadı və Yankoviç qonaqları hesabda irəli çıxardı. Cərimə meydançasına topu qəbul edən qaradağlı rahat zərbə endirə bildi.
“Qəbələ” – “Qarabağ” 1:2
Qollar: Prins Ovusu, 6 (1:0). Bədavi Hüseynov, 27 (1:1). Marko Yankoviç, 79.