“Qəbələ” franslalı yarımmüdafiəçi Jondo Fuxsu heyətinə qatıb. Kamerun əsilli futbolçu “qırmızı-qaralar”la 1 illik razılaşmaya imza atıb. 27 yaşlı futbolçu karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Bundan başqa İspaniyanın “Alaves”, İsrailin “Makkabi Hayfa”, Şotlandiyanın “Dandi Yunayted”, İngiltərənin “Piterboro Yunayted” kimi klublarında oynayıb. Onun son klubu İsrailin “Bney Sahnin” klubu olub.
Jondo Fuxs həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O, Kamerunun əsas yığmasında 2 oyuna çıxıb.
Çempionatın ilk turlarında yaxşı təsir bağışlamayan “Qəbələ” bir neçə gün öncə öz yetirməsi olan Rüfət Əhmədovu da transfer etmişdi.