“Qəbələ” futbol klubu Premyer Liqasının XVI turunda “Qarabağ”la keçirilən qarşılaşmadan sonra yaranan fasiləni necə dəyərləndirəcəyini açıqlayıb. Klubun rəsmi saytına istinadən xəbər veririk ki, qısa müddətlik istirahətə buraxılan komanda yanvarın 3-də bir araya gələcək.
“Qırmızı-qaralar”ın qış hazırlıq planı iki fərqli şəhərdə reallaşacaq: Birinci mərhələ 3-13 yanvar tarixlərində Qəbələdə baş tutacaq. İkinci mərhələ 14-18 yanvar tarixlərində Bakıda davam etdiriləcək.
Hazırlıq çərçivəsində komandanın fiziki və taktiki durumunu yoxlamaq məqsədilə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqib komandaların adları dəqiqləşdikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.
“Qəbələ” 2026-cı ildə ilk rəsmi matçına yanvarın 24-də çıxacaq. Premyer Liqasının XVII turu çərçivəsində baş tutacaq qarşılaşmada komanda səfərdə “Şamaxı”ı ilə üz-üzə gələcək.