Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonuna yekun vurulub

11.10.26 | 13:06
Digər növlər

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonu başa çatıb. Dörd gün davam edən yarışda 6 ölkədən 97 atlet iştirak edib.

Yarışın sonuncu mərhələsində iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 kilometr məsafə qət ediblər. Bu mərhələdə finiş xəttini ilk keçən Gürcüstan təmsilçisi David Xarazişvili olub. Qadınların mübarizəsində isə ukraynalı Olena Şevçenko birinci yeri tutub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafon dörd mərhələdən ibarət olub. Atletlər Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) marşrutları üzrə ümumilikdə 192 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. Həmin vaxt 380 kilometrlik məsafəni dörd ölkədən 64 atlet qət edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən yarışda altı ölkədən 81 atlet iştirak edib.

Paylaş:

Xəbər Lenti

“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14

Du Keiroş: “Sabah”ın Çempionlar Liqası layihəsi məni çox həvəsləndirdi”

13.10.26 | 14:54

Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06