PSJ Avropa Superkubokunu qazandı

14.08.25 | 01:13
Dünya futbolu

PSJ tarixində ilk dəfə Avropa Superkubokunun qalibi oldu. Dramatik keçən oyunda hesabda 0:2 geri düşən parislilər sona 5 dəqiqə qalmış Li Kan İnin qolu ilə ümidləndi və 4-cü artırılmış qədiqədə Qonsalo Ramos nəhayət ki, parislilərin böyük üstünlüyünü qola çevirərək oyunu penaltilərə daşıdı. Oyunun gedişinə Luis Enrikenin əvəzetmələri təsir etdi.

Reqlamentə görə ekstra hissələr olmadan komandalar birbaşa penaltilərə keçdi və bu lotereyada PSJ 4:3 hesabı ilə qələbə qazandı. Matçın ən yaxşısı seçilən Osman Dembele bununla da Qızıl Top mükafatına bir az da yaxınlaşmış oldu.

Qeyd edək ki, Azərbaycanın FİFA referisi Elçin Məsiyev bu oyunda dördüncü hakim kimi futbolumuzun tarixinə adını yazdırıb.

UEFA Superkuboku

PSJ (Fransa) – Tottenhem (İngiltərə) 2:2, penaltilərlə 4:3.

13 avqust, Udine.

PSJ:    Şevalye, Hakimi, Markinyos, Paço, Nunu Mendeş, Zaire-Emeri (Lin-Kan İn, 67), Vitinya, Due (Qonsalo Ramos, 77), Barkola (Mbaye, 67), Dembele, Kvaratsxeliya (Fabian Ruis, 60).

Tottenhem: Vikario, Pedro Porro, Danso, Van de Ven, Romero, Joao Palinya (Qrey, 67), Bentankur, Sarr (Berqvall, 90), Kudus (Tel, 79), Rişarlison (Solanke, 72), Spens.

Qollar: Van de Ven, 39 (0:1). Romero, 48 (0:2). Li Kan İn, 85 (1:2). Qonsalo Ramos, 90+4 (2:2).

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21