Azərbaycan Premyer Liqasının V turunun matçlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər veririk ki, təyinatlar aşağıdakı kimidir:
11 sentyabr
16:30 – “İmişli” – “Neftçi”
Yevlax, Şəhər stadionu
Baş hakim: Kamranbəy Rəhimov.
12 sentyabr
17:30 – “Kəpəz” – “Qəbələ”
Gəncə, Şəhər stadionu
Baş hakim: Tural Qurbanov.
19:45 – “Sumqayıt” – “Şamaxı”
Sumqayıt, “SOCAR Polymer Arena”
Baş hakim: Əli Əliyev.
13 sentyabr
16:30 – “Araz-Naxçıvan” – “Turan Tovuz”
Şamaxı, Şəhər stadionu
Baş hakim: Elçin Masiyev.
19:00 – “Zirə” – “Qarabağ”
Bakı, Zirə İdman Kompleksinin stadionu
Baş hakim: Rəşad Əhmədov.
14 sentyabr
19:00 – “Şəfa” – “Sabah”
Sumqayıt, “SOCAR Polymer Arena”
Baş hakim: Nicat İsmayıllı.