Premyer Liqada rekordlar gecəsi: Andradenin yüksəlişi və “Turan”ın 50-ci addımı

10.03.26 | 19:59
Ölkə futbolu

Misli Premyer Liqasının XXIII turu həm komandalar, həm də fərdi göstəricilər baxımından əlamətdar yubileylərlə yadda qalıb. Turun mərkəzi qarşılaşmaları statistik rekordların yenilənməsi və tarixi nəticələrin qeydə alınması ilə nəticələnib.

“Araz-Naxçıvan”ın antirekordu: “Qarabağ” kabusu davam edir

Naxçıvan təmsilçisi “Araz-Naxçıvan” üçün XXIII tur uğursuz statistik rəqəmlərlə müşayiət olunub. Səfərdə “Qarabağ”a 0:6 hesabı ilə uduzan bölgə klubu, yüksək liqa tarixində 20-ci dəfə böyükhesablı məğlubiyyətlə üzləşib.

Maraqlıdır ki, bu uğursuzluqların 8-i evdə, 12-si isə rəqib meydanlarında qeydə alınıb. Komandanın bu seriyası 2000-ci ilin sentyabrında “Neftçi”yə qarşı 0:7 hesablı məğlubiyyətlə başlayıb. Son dövrlər isə “Qarabağ”la oyunlar Naxçıvan təmsilçisi üçün əsl sınağa çevrilib: son üç görüşün hər birində meydanı böyükhesablı məğlubiyyətlə (0:5, 1:5, 0:6) tərk ediblər.

Leandro Andrade “70-lər klubu”na daxil oldu

“Qarabağ”ın portuqaliyalı ulduzu Leandro Andrade karyerasında yeni bir zirvəni fəth edib. “Araz-Naxçıvan”la matçda dubl edən yarımmüdafiəçi, Premyer Liqada vurduğu qolların sayını 41-ə çatdırıb.

127-ci oyununda 40-cı qolunu vuraraq yubileyini qeyd edən Andrade, Azərbaycan çempionatları tarixində bu səddi keçən 70-ci futbolçu kimi tarixə düşüb. 2021/2022 mövsümündən bəri yalnız Ağdam klubunun şərəfini qoruyan legioner, hazırda qol sayında Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş və Baqali Dabo kimi hücumçularla eyni göstəriciyə malikdir.

“Turan-Tovuz”dan “paytaxt” zəfəri: 50-ci qələbə

Turun digər bir tarixi hadisəsi isə Bakıda, “Neftçi Arena”da qeydə alınıb. “Neftçi”ni 1:0 hesabı ilə üstələyən “Turan-Tovuz”, Premyer Liqadakı 50-ci qələbəsini bayram edib.

Qərb təmsilçisi bu nəticəyə 131-ci matçında nail olub. Qələbələrin paylanmasına diqqət yetirdikdə balansın qorunduğunu görmək olar: 26 ev və 24 səfər qalibiyyəti. Bu nəticə ilə “Turan-Tovuz” ölkə çempionatları tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda tituluna sahib çıxıb. Xatırladaq ki, komanda elitadakı ilk qələbəsini 2022-ci ilin avqustunda “Səbail”lə səfər matçında (1:0) qazanmışdı.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21